Qlazqo

Şəhər
Qlazqo
ing. Glasgow
Bayraq Gerb
Bayraq Gerb
55°52′12″ şm. e. 4°16′12″ q. u.
Ölkə  Böyük Britaniya
Region Şotlandiya
Tarixi və coğrafiyası
Sahəsi 175,5 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 592,82 nəfər (2010)
Sıxlığı 8541 nəf./km²
Milli tərkibi şotlandlar, pakistanlılar, çinlilər, hindistanlılar
Dini tərkibi katolisizm, protestantlıq, islam
Rəsmi dili ingilis dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +44 141
Poçt indeksi G1-G80
Nəqliyyat kodu SA-SJ
Digər
glasgow.gov.uk  (ing.)
Xəritəni göstər/gizlə
Qlazqo xəritədə
Qlazqo
Qlazqo
Qlazqo xəritədə
Qlazqo
Qlazqo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Qlazqo (ing. Glasgow [ˈɡlɑːzɡoʊ], ş.german Glesga, şot.kelt Glaschu [ˈkɫ̪as̪xu]) — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, BirminhemLidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır.

VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dinitəhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi.

Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search